Dünyanın ən böyük botnet şəbəkəsi kimi tanınan 911 S5-in arxasında duran şəxs tutulub. Bildirilir ki, bu mürəkkəb şəbəkə sayəsində cinayətkar ən azı 99 milyon dollar gəlir əldə edib.
ABŞ Ədliyyə Departamentinin rəhbərlik etdiyi beynəlxalq hüquq-mühafizə orqanı
kiberhücumlar, irimiqyaslı fırıldaqçılıq, uşaq istismarı, təcavüz, bomba təhdidləri və ixrac pozuntuları törətmək üçün istifadə edilən dünyanın ən böyük
botnet şəbəkəsini məhv edib. Əməliyyat çərçivəsində şəbəkənin arxasında duran şəxs kimi tanınan Çin vətəndaşı 35 yaşlı
YunHe Wang həbs edilib. Verilən açıqlamalara görə, YunHe Wanq
mayın 24-də zərərli proqramların yayılması və “
911 S5" kimi tanınan proksi xidmətinin yaradılması və istismarı ilə bağlı ittihamlarla həbs edilib. Bu yüksək əhatəli botnet,
190-dan çox ölkəni əhatə edən yoluxmuş
IP ünvanlarından ibarət idi və
2014-cü ildən başlayaraq
8 il ərzində aktiv olaraq çalışırdı. Digər açıqlamalara görə, Wang, yüzlərlə dollar müqabilində kibercinayətkarlara bu şəbəkəyə girişi təmin etməklə ən azı
99 milyon dollar qazanıb. Cinayətkarın bu pullarla
dəbdəbəli avtomobillər, saatlar və daşınmaz əmlak aldığı müəyyən edilib. 911 S5 müştərisinin müəyyən pandemiya yardım proqramlarını hədəf aldığı iddia edilir. Əslində bu yolla
5.9 milyard dollardan çox vəsaitin oğurlandığı bildirilir.

Həmçinin bildirilir ki, Wang, zərərli proqram təminatını
MaskVPN və
DewVPN kimi VPN proqramları və lisenziyalı proqram təminatının pirat versiyaları da daxil olmaqla digər proqram faylları ilə birləşdirərək dünya üzrə
19 milyondan çox IP ünvanını yoluxdurub. FTB direktoru
Christopher Wray, botnet-in görünməmiş miqyasını vurğulayaraq, onu "
yəqin ki, dünyanın indiyə qədər tanıdığı ən böyük botnet" olaraq adlandırıb. ABŞ Ədliyyə Departamentinin bildirdiyinə görə, Wang,
bank fırıldaqçılığı, kompüter fırıldaqçılığı və çirkli pulların yuyulması üçün sui-qəsd ittihamları da daxil olmaqla, bütün maddələr üzrə təqsirli bilinərsə, onu
65 ilə qədər həbs cəzası gözləyir.