Saxta iPhone-ların seriya nömrələrini dəyişdirərək Apple-ı aldadan ikili 1.5 milyon dollar cərimələnib. Əlavə olaraq, bu iki fırıldaqçıya 50 aydan çox həbs cəzası da verilib.
ABŞ-da yaşayan çinli cütlük, ABŞ-ın texnologiya nəhəngi
Apple-ı aldatdıqdan sonra yaxalanıblar. Şirkətə təxminən
2.5 milyon dollar ziyan vuran cütlüyə,
1.5 milyon dollar cərimə ilə yanaşı, həbs cəzası da verilib.
Haotian Sun və
Pengfei Xue adlı cütlük, orijinal
iPhone-larla tamamilə eyni görünən saxta iPhone-ları əldə edib, onların seriya nömrələrini klonlayırdılar. Beləliklə, saxta cihazlar Apple sistemində orijinal kimi görünürdü. Bu cihazları Apple-ın xidmət mərkəzlərinə aparan dələduzlar, dəyişdirmə tələb edirdilər. Apple bu tələbləri qəbul edərək saxta cihazlar alıb, onları orijinal cihazlarla əvəzləyirdi.

Məhkəmə sənədlərinə görə, Haotian Sun və Pengfei Xue, bu metodla
6.000-dən çox saxta iPhone-u orijinal ilə dəyişdiriblər. Məhkəmə, Haotian Sun-a
1 milyon 72 min dollar və 57 ay həbs, Pengfei Xue-yə isə
397 min 800 dollar və 54 ay həbs cəzası verib. Bu arada, Apple-ın zərərinin 2.5 milyon dollar, dələduzların isə 1.5 milyon dollar təzminat ödəməsinə qərar verilməsi sizi çaşdıra bilər. Məhkəmə, təzminatı Apple-ın zərəri əsasında deyil, dələduzların əldə etdikləri qanunsuz qazanc əsasında müəyyənləşdirib.