techspace

18:30

9 flaqman smartfonun çalışma sürətləri müqayisə edilib

     İnternetdə 9 flaqman smartfonun çalışma sürəti mövzusunda bir-biriləri ilə müqayisə nəticələri ortaya çıxıb. Müqayisə edilmiş flaqman smartfonlar arasında Apple, Honor, HUAWEI, Meizu, Nubia, OPPO, Samsungvivo şirkətlərinin cihazları yer alıblar. Testin əsas məğzi bütün smartfonlarda 23 ədəd eyni tətbiqin sıra ilə işə salınmasında olub. Bununla belə hər bir smartfonun bu tapşırığın öhdəsindən hansı müddət ərzində gələ biləcəyi qeydə alınıb. Bu prosesin reallaşdırılmasından sonra smartfonlarda eyni proses təkrar edilib. Təkrar proses çərçivəsində smartfonların fon rejimində eyni tətbiqlərin öhdəsindən necə gəldikləri müəyyən edilib. Aparılmış bu test nəticəsində reytinq tərtib edilib. Tərtib edilmiş reytinq aşağıdakı kimidir.1. Huawei Pura 70 Ultra2. Vivo X100 Ultra3. Honor Magic6 Ultimate Edition4. Xiaomi 14 Ultra5. Apple iPhone 15 Pro Max6. Meizu 21 Pro7. Nubia Z60 Ultra8. OPPO Find X7 Ultra9. Samsung Galaxy S24 Ultra.     Beləliklə Huawei Pura 70 Ultra smartfonu ilk proses çərçivəsində tətbiqləri 86 saniyəyə, ikinci proses çərçivəsində isə 43 saniyəyə işə sala bilib. Reytinqin ikinci yerində qərarlaşmış vivo X100 Ultra smartfonunda bu göstəricilər müvafiq olaraq 99 saniyə və 45 saniyə təşkil edib. Üçüncü yeri tutmuş Honor Magic 6 Ultimate Edition smartfonunda isə bu göstəricilər 104 saniyə və 42 saniyədir. Reytinqdəki digər smartfonların göstəriciləri ilə fotodan tanış olmaq olar.