14:05
AI agentə SaaS'ı tək qurucu kimi idarə etdirdim: İnsanların etdiyi səhvləri təkrarladı

Bir çoxumuz süni intellektin kod yazarkən səhv edəcəyini düşünürük. Amma The $100 AI Startup Race çərçivəsində aparılan maraqlı təcrübə göstərdi ki, əsl problem heç də kodda deyil. Claude adlı AI agentə tam müstəqil şəkildə bir SaaS məhsulu — PricePulse adlı qiymət kəşfiyyatı platforması qurmağa icazə verilib və sonunda keçirilən peşəkar audit gözlənilməz nəticə ortaya çıxarıb: agentin ən böyük səhvləri texniki deyil, məhsul və proseslə bağlı olub.
Nə baş verdi?
Agent yarış boyu 1300'dən çox HTML səhifəsi, qiymət bazası, kalkulyatorlar, autentifikasiya sistemi, Stripe ödəniş inteqrasiyası və email infrastrukturu yaradıb. Tək-tək baxdıqda hər şey işləyir — autentifikasiya keçir, ödənişlər işləyir, kalkulyatorlar düzgün hesablayır. Amma bütövə baxanda mənzərə fərqlidir: PricePulse sakitcə beş fərqli məhsula çevrilib. Bir kod bazasında həm qiymət bazası, həm monitorinq sistemi, həm FinOps aləti, həm rəqib analizi, həm də lead generasiya modulu var.
Səhvlər nədir?
- Məhsul identikliyinin itməsi: Hər bir xüsusiyyət ayrı-ayrılıqda məntiqli idi, amma heç kim bütövə baxıb “bu məhsul nədir və nə deyil” sualını verməyib.
- Ödəniş modeli qarmaqarışıqlığı: Eyni anda $9, $49, $99-luq lifetime təkliflər, aylıq planlar və fərqli ödəniş yolları mövcud idi. Bəzi alışlar avtomatik istifadəçi yarada bilmirdi, ləğv vədleri isə real sistemlə uyğun gəlmirdi.
- Həddindən artıq güvənli məzmun: Saytdakı “real case study” və dəqiq qənaət rəqəmlərinin çoxu əslində modelləşdirilmiş ssenarilər idi — yəni real ölçmə deyil, hesablama nəticəsi idi.
- Struktur parçalanma: Saytın müxtəlif bölmələrinin fərqli naviqasiyası var idi, çünki hər biri ayrı sessiyada, ayrıca məhsul kimi hazırlanmışdı.
Niyə bu önəmlidir?
Təcrübənin ən maraqlı nəticəsi budur: AI agentləri icrada inanılmaz dərəcədə güclüdür, amma onlarda mühakimə mexanizmi yoxdur. Yəni “bunu edə bilərikmi” sualına cavab verirlər, amma “bunu etməliyikmi” sualını heç kim vermir. Bu da insan komandalarının sürətli inkişaf dövrlərində etdiyi səhvlərin eynisidir. Müəllif qeyd edir ki, əvvəllər işin 80%-i tikinti, 20%-i nəzarət idi. İndi bu nisbət tərsinə çevrilib — tikinti artıq ucuz və sürətlidir, əsl dəyər isə qərar vermə, strukturlaşdırma və yoxlama mərhələsindədir.
Yaxşı xəbər odur ki, auditi və təmizliyi işə yaramayıb. PricePulse tək bir cümləlik identiklik qazanıb, ödəniş modeli sadələşdirilib (Free, $19/ay və Pro), məzmun etiketlənib, naviqasiya standartlaşdırılıb və 1300+ səhifə bir-birinə bağlanıb. Qeyd edək ki, agentin yazdığı heç bir kod atılmayıb — hamısı qalıb, sadəcə üzərinə qərar qatı əlavə edilib. Bu da göstərir ki, AI güclü bir alətdir, amma son qərarı insan verməlidir.