Tibet-dəki buzlaqları tədqiq edən alimlər, qədim zamanlardan bəri donmuş virusların mövcudluğunu aşkar ediblər.
Tibet-dəki nəhəng buz təbəqəsindən çıxarılan bu 300 metrlik buz nüvəsilə bağlı tədqiqatçılar, bunun "
Yerin 41.000 il ərzində istiləşdiyi və soyuduğu dövrə aid saf şəkilləri" olduğunu söyləyiblər. Tədqiqata rəhbərlik edən OSU tədqiqat köməkçisi
ZhiPing Zhong, "
Bu araşdırmadan əvvəl virusların Yer kürəsinin iqlimindəki genişmiqyaslı dəyişikliklərlə necə əlaqədə olduğu böyük ölçüdə araşdırılmamışdı. Buzlaq buzları çox qiymətlidir və bizdə virus və mikrob tədqiqatları üçün tez-tez lazım olan böyük miqdarda material yoxdur" deyə söyləyib.

Əvvəllər tədqiqatlar zamanı buzlaqlarda qədim viruslar tapılmışdı, lakin son araşdırma, aşkar edilən virusların sayını
50 dəfə artırıb. Alimlərin verdiyi açıqlamaya görə, aşkar edilən təxminən
1700 virusun dörddə üçü yeni, əvvəllər məlum olmayan növlərə aiddir.
Guliya nümunəsində tapılan viruslardan ən önə çıxanı "
viral icması", alimlərin təsvir etdiyinə görə, təxminən
11500 il əvvələ aiddir. Elm adamları tərəfindən edilən açıqlamada o dövrün Yer kürəsinin iqliminin
Son Buzlaq Fazasından bu gün yaşadığımız daha isti
Holosen dövrünün başlanğıcına keçdiyi bir dövr olduğu bildirilir.