eVTOL və ya uçan taksi sektorunda geri qalmamaq üçün Almaniya yeni bir paket hazırlayaraq 4 mərhələdən ibarət əhatəli bir plan hazırlayıb.
Plana əsasən, bu strategiya
2032-ci ilə qədər 4 mərhələdə həyata keçiriləcək. İlk olaraq,
2026-cı ilə qədər test marşrutları yaradılacaq. Daha sonra,
2028-ci ilə qədər coğrafi baxımdan məhdudlaşdırılmış
Advanced Air Mobility zonaları müəyyən ediləcək.
2030-cu ilə qədər bu zonalar regional nəqliyyatı əhatə edəcək şəkildə genişləndiriləcək və nəhayət, 2032-ci ildən etibarən ölkə miqyasında uçuş əməliyyatları həyata keçiriləcək. Strategiya çərçivəsində hava taksilərinin şaquli qalxma və enmə edə biləcəyi xüsusi uçuş meydançalarının, yəni vertiportların qurulması da nəzərdə tutulur. Bundan əlavə, pilotlar üçün uyğunluq proqramı yaradılacaq, təhlükəsizlik məsələləri dəqiqləşdiriləcək, hüquqi çərçivə formalaşdırılacaq və yeni marşrut konseptləri hazırlanacaq.

Hava taksi inkişafını təşviq etmək məqsədilə başqa addımlar da atılır. Nazirlik, Almaniyanı bir texnologiya mərkəzi olaraq gücləndirmək üçün Advanced Air Mobility sektorundakı yenilikləri dəstəkləməyi hədəfləyir. Bu çərçivədə tədqiqat layihələrinə dəstək veriləcək və sənaye ilə tədqiqat institutları arasında sıx əməkdaşlıqlar təmin ediləcək. Xüsusilə gələn il üçün Advanced Air Mobility-inin real tətbiqlərinə dair laboratoriyaların yaradılması planlaşdırılır. Bu laboratoriyalarda
eVTOL və pilotsuz hava vasitələrinin mövcud nəqliyyat infrastrukturuna təhlükəsiz inteqrasiyası, eVTOL əməliyyatları üçün tələb olunan infrastrukturun yaradılması və inteqrasiya edilmiş təhlükəsizlik sistemlərinin inkişafı kimi məsələlər araşdırılacaq. Federal Nəqliyyat Naziri
Volker Wissing gələcəkdə yaradılacaq sistemin hər kəs üçün bir texnologiya olduğuna inanır. Strategiya sənədində belə ifadələr yer alır: "
Advanced Air Mobility yalnız işgüzar səfərlər edənlər üçün elit bir layihə olmayacaq, bütövlükdə cəmiyyətə fayda gətirəcək. Xüsusilə, yük dronları və eVTOL hazırda ənənəvi nəqliyyat vasitələri ilə çətin və ya mümkün olmayan bölgələrdə də istifadə ediləcək".