18:37
Amazon Leo peyk interneti 2026-da start götürür

Technote.az “TNW” platformasına istinadən bildirir ki, Amazon-un peyk internet layihəsi artıq yeni mərhələyə keçir. Şirkətin əvvəl “Project Kuiper” kimi tanınan layihəsi 2025-ci ilin noyabrında “Amazon Leo” adı ilə rebrendinq edilib və 8 aprel 2026 tarixində rəsmi olaraq korporativ beta mərhələsinə start verib. Amazon CEO-su Andy Jassy-nin səhmdarlara ünvanladığı məktuba əsasən, xidmətin kommersiya istifadəsi üçün buraxılışı 2026-cı ilin ortalarına planlaşdırılır. Amazon Leo istifadəçilərə fərqli ehtiyaclara uyğun üç terminal təqdim edəcək:
- Leo Nano – fərdi və kiçik istifadəçilər üçün, 100 Mbps
- Leo Pro – kiçik bizneslər üçün, 400 Mbps
- Leo Ultra – iri müəssisələr üçün, 1 Gbps sürət