techspace

14:03

Amazon müştərilərin məhkəməyə verməsini çətinləşdirir: yeni qaydalar nə vəd edir?

Amazon, cümə günü müştərilərinə göndərdiyi e-poçt vasitəsilə platformanın istifadə şərtlərində mühüm dəyişikliklər etdiyini açıqlayıb. Ən diqqətçəkən məqam isə mübahisələrin artıq məhkəmə deyil, arbitraj vasitəsilə həll olunacağı ilə bağlıdır.

Yeni şərtlərə əsasən, istifadəçilər kollektiv məhkəmə iddialarından (class action) imtina etməyə məcbur olur. Amazon bu addımı “sürətli və səmərəli” həll yolu kimi təqdim etsə də, əslində bu qərar müştərilərin hakim və ya münsiflər heyəti qarşısında iddia qaldırmaq hüququnu məhdudlaşdırır.

İstisnalar varmı?

Yeni qaydalara əsasən, müştərilər yalnız kiçik hüquq məhkəmələrinə (small claims court) müraciət edə bilər. Lakin bu məhkəmələrdə təzminat məbləği adətən bir neçə min dolları keçmir. Yəni ciddi zərər hallarında belə, istifadəçilərin böyük məhkəmə prosesinə başlamaq imkanı olmayacaq.

Amazon'un hüquqi siyasət səhifəsində yeni müddəa belə qeyd olunur: “SİZ VƏ BİZ RAZIYIQ Kİ, İSTƏNİLƏN MÜBAHİSƏ YALNIZ ARBITRAJ YOLU İLƏ HƏLL EDİLƏCƏK.” Bu, müştərilərin kollektiv iddia qaldırmaq hüququnu tamamilə aradan qaldırır.

Qeyd edək ki, son illərdə bir çox iri texnologiya şirkəti — o cümlədən Google, Apple və Facebook — oxşar taktikalardan istifadə edərək məhkəmə xərclərini azaltmağa çalışıb. Amazon'un bu addımı da müştərilərin hüquqlarını məhdudlaşdırdığı üçün geniş tənqidlərə səbəb olub.



Mənbə: The Verge (https://www.theverge.com/tech/980752/amazon-class-action-arbitration-terms-and-conditions)