techspace

15:49

Android 13-ü əldə edəcək Nokia smartfonlarının rəsmi siyahısı təqdim edilib

    HMD Global şirkətinə məxsus olan Nokia brendi Android 13-ü əldə edəcək smartfonlarının siyahısını təqdim edib. Təqdim edilmiş siyahı o qədər də uzun deyil. Siyahıya 5 smartfon modeli daxil edilib. Beləliklə Android 13-ü dəqiq şəkildə əldə edəcək Nokia smartfonları aşağıdakılardır:- Nokia XR20 5G- Nokia G50 5G- Nokia G11 Plus- Nokia X20 5G- Nokia X10 5G.  Maraqlısı ondadır ki, siyahıda təqdim edilmiş bütün smartfonlar korporativ seqmentə hədəflənib. Sözügedən smartfonlarda Android 13-ün nə zaman istifadəyə veriləcəyi barəsində məlumat daha sonra təqdim ediləcək.