techspace

14:46

Android 15-i əldə edəcək Motorola smartfonlarının qeyri-rəsmi siyahısı təqdim edilib

     Google şirkəti 14 may tarixində Android 15-i təqdim edəcək. Onun stabil versiyasının isə bu ilin ikinci yarısında istifadəyə veriləcəyi gözlənilir. Gizmochina saytı öz növbəsində Android-in bu yeni versiyasını əldə edəcək Motorola smartfonlarının siyahısını təqdim edib. Təqdim edilmiş siyahı qeyri-rəsmi olsa da, Motorola-nın öz büdcəli və flaqman smartfonlarının dəstək siyasətinə əsaslanıb. Gizmochina tərəfindən təqdim edilmiş qeyri-rəsmi siyahıya ümumilikdə 18 smartfon daxil olub. Siyahı aşağıdakı kimidir.- Motorola Edge 50 (Pro, Ultra, Fusion)- Motorola Edge 40 (adi, Pro, Neo)- Motorola Edge 30 Ultra- Motorola Edge (2023)- Motorola Edge+ (2023)- Moto G84- Moto G73- Moto G64- Moto G54- Moto G (2024)- Moto G Power (2024)- Motorola Razr 40- Motorola Razr 40 Ultra- Lenovo ThinkPhone.