techspace

19:26

Android 16-nı son ƏS yenilənməsi qismində əldə edəcək Motorola smartfonlarının siyahısı təqdim edilib

     Motorola şirkəti öz smartfonlarında Android 16-nın beta testinə artıq start verib. Lakin bəzi smartfonlar üçün Android 16 son əməliyyat sistemi yenilənməsi olacaq. İnsayderlər Motorola-nın öz cihazlarını dəstəkləmə siyasətini nəzərə alaraq Android 16-nı son əməliyyat sistemi yenilənməsi qismində əldə edəcək smartfonların siyahısını təqdim ediblər. Beləliklə insayderlərin təqdim etmiş olduqları siyahı aşağıdakı kimidir:- Motorola Edge 40 Pro- Motorola Edge (2024)- Motorola ThinkPhone- Motorola Razr 2023/Razr 40- Motorola Razr+ 2023/Razr 40 Ultra- Motorola Moto Pad 60 Pro- Motorola Moto G85- Motorola Moto G55- Motorola Moto G35.