18:16
Android 16-nın tərtibatçılar üçün ilk beta testi təqdim edilib

Android 15-in hələ bütün cihazlarda aktiv olmamasına baxmayaraq Google şirkəti gələn il istifadəyə veriləcək Android 16-nın tərtibatçılar və testçilər üçün nəzərdə tutulmuş ilkin versiyasını təqdim edib. Söhbət, Android 16 Developer Preview-dan gedir. Android 16-nın bu beta versiyasını dəstəklənən Pixel smartfonlarına artıq yükləmək olar. Məlumatda qeyd edilib ki, beta versiyanı Pixel 6 və ondan sonra çıxmış Pixel smartonlarına yükləmək olar. Yeni əməliyyat sisteminin ilk beta versiyasında çoxlu sayda yeni funksiya yoxdur. Ən əsasları isə aşağıdakılardır.- API Health Connect-in yenilənmiş versiyası: Yeni versiya tibbi qeydləri dəstəkləyir. Bu alət tətbiqlərə istifadəçinin razılığı ilə tibbi məlumatları FHIR formatında əldə etməyə imkan verir.- Fotoların seçilməsi funksiyası: Bu funksiya vasitəsilə istifadəçi tətbiqlərin lokal və ya bulud yaddaşdan bütün media faylları deyil, yalnız seçilmiş foto və videoları əldə etmələrini reallaşdıra bilir.- Privacy Sandbox-un yenilənmiş versiyası: İstifadəçi məlumatlarının konfidensiallıqlarının qorunması aləti.