19:14
AnTuTu 2024-cü ilin iyun ayı üzrə qlobal bazardakı ən güclü flaqman Android smartfonların reytinqini təqdim edib

AnTuTu bençmarkı 2024-cü ilin iyun ayı üzrə qlobal bazardakı ən güclü flaqman Android smartfonların reytinqini təqdim edib. Təqdim edilmiş reytinqə 10 smartfon daxil olub. Onların 7-si Snapdragon 8 Gen 3 prosessoru, 2-si MediaTek Dimensity 9300 prosessoru, 1-i isə Dimensity 9300+ prosessoru vasitəsilə çalışır. Beləliklə keçən ay üzrə qlobal bazardakı ən güclü flaqman Android smartfonları reytinqinin ilk beşliyi belədir. ASUS ROG Phone 8 Pro, Red Magic 9 Pro, iQOO 12, vivo X100 Ultra və vivo X100 Pro. İlk Beşlikdən sonrakı smartfonların sıralanması isə belədir. Nubia Z60 Ultra, vivo X100, iQOO Neo9S Pro, Xiaomi 14 Ultra və Xiaomi 14.