techspace

16:51

AnTuTu iyul ayının ən güclü flaqman Android smartfonlarının reytinqini təqdim edib

    AnTuTu bençmarkı iyul ayı üzrə ən güclü flaqman Android smartfonların reytinqini təqdim edib. Təqdim edilmiş reytinqə daxil olmuş 10 smartfondan 9-u Snapdragon 8 Gen 2 prosessoru və yalnız 1-i MediaTek Dimensity 9200+ prosessoru vasitəsilə çalışır. Beləliklə iyul ayı üzrə ən güclü Android smartfonların reytinqində birinci yeri nubia Red Magic 8S Pro smartfonu tutub. Onun ardıncı iQOO 11S, vivo X90 Pro+, iQOO 11 Pro vivo X90s gəlir. Reytinqin ilk beşliyindən sonra gələn smartfonların sıralanması isə bu cürdür. OPPO Find X6 Pro, nubia Z50S Pro, vivo X Fold 2, Xiaomi 13 UltraOnePlus 11. Qeyd etmək lazımdır ki, sözügedən reytinqdə MediaTek Dimensity 9200+ prosessoru vasitəsilə çalışan smartfon məhz vivo X90s-dir.