techspace

17:36

AnTuTu iyun ayı üzrə istifadəçilərin ən çox üstünlük verdikləri Android smartfonların reytinqini təqdim edib

    AnTuTu bençmarkı iyun ayı üzrə istifadəçilərin ən çox üstünlük verdikləri Android smartfonların reytinqini təqdim edib. May ayı üzrə olmuş eyni reytinq ilə müqayisədə iyun ayı üzrə təqdim edilmiş reytinqdə bəzi dəyişikliklər olub. Beləliklə keçən aya əsasən istifadəçilərin ən çox üstünlük verdikləri 10 Android smartfonun ilk beşliyi belədir. Meizu 20 Pro, Xiaomi 12S Ultra, Samsung Galaxy S23 Ultra, ZTE Nubia Z50 UltraXiaomi 13 Pro. İlk beşlikdən sonra gələn sıralanma isə belədir. Honor X40 GT, Honor Magic 5 Pro, Samsung Galaxy S23, OPPO Find X6 ProOnePlus 11.