14:59
Apple 6 yeni məhsul kateqoriyası üzərində işləyir

Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, Apple-ın yaxın illərdə yalnız mövcud məhsullarını yeniləməklə kifayətlənməyəcəyi, eyni zamanda tamamilə yeni istiqamətlərə daxil olacağı bildirilir. Məlumata görə, şirkət paralel şəkildə altı fərqli yeni məhsul kateqoriyası üzərində işləyir.
Məlumatı Mark Gurman yayıb. Onun sözlərinə görə, bu layihələr qismən şirkətin CEO-su Tim Cook üçün bir növ “son böyük mərhələ” ola bilər. Daha əvvəl də bildirildiyi kimi, Cook-un 2026-cı ilin sonlarında vəzifəsini John Ternus-a təhvil verməsi gözlənilir. Şirkətin son yeni kateqoriya məhsulu 2024-cü ildə təqdim olunan Apple Vision Pro olmuşdu. Lakin bu cihaz geniş kütlədə böyük uğur qazana bilməsə də, Apple-ın yeni bazarlara daxil olmaq planlarına təsir etməyib. Məlumata görə, Apple aşağıdakı 6 yeni məhsul istiqamətini inkişaf etdirir:
- Apple Intelligence dəstəkli AirPods – süni intellekt funksiyaları ilə daha ağıllı qulaqlıq təcrübəsi
- AI pendant – istifadəçi ilə daim əlaqədə olan fərdi AI cihaz
- Təhlükəsizlik kamerası – ağıllı ev ekosisteminə inteqrasiya olunacaq yeni məhsul
- Smart display – HomePod və iPad qarışığı kimi ağıllı ekran
- Ağıllı eynəklər – gündəlik istifadə üçün nəzərdə tutulmuş AR/AI eynək
- Masaüstü robot – ev üçün nəzərdə tutulmuş interaktiv robot sistemi