Apple, mayın 7-də iPad tədbirindən dərhal sonra iPhone üçün iOS 17.5 RC versiyasını təqdim edib. Bu iOS 17.5-in son versiyası ilə eyni versiya hesab olunur. Bəs, nə kimi yeniliklər var?

iOS 17.5 "
Web Distribution" dəstəyini özündə ehtiva edir. Bu o deməkdir ki,
Avropa Birliyindəki iPhone istifadəçiləri proqramları alternativ tətbiq mağazalarından başqa,
birbaşa veb-saytdan da yükləyə bilərlər. Lakin hazırda bu yeni "Web Distribution" xüsusiyyəti vasitəsilə tətbiqlərini təqdim edən hər hansı bir tərtibatçı yoxdur. Bundan əlavə, ABŞ və Kanada da
Apple News+ abunəliyinə qoşulmuş istifadəçilər üçün tətbiqə yeni
söz oyunu əlavə edilib.

iOS 17.5-ə
AirTags kimi aksesuarlar üçün
anti-izləmə funksiyalarına yönəlmiş yeni bir xüsusiyyət də daxildir. Bu yenilik, isə Apple-ın arzuolunmaz izləmə cihazları ilə mübarizə apara bilməsi üçün Google ilə işbirliklərini elan etdikdən sonra təqdim edilib.

iOS 17.5 yeniləməsində bütün istifadəçiləri maraqlandıran yeganə diqqətəlayiq yenilik "
Repair State" xüsusiyyəti olub. Apple-ın "
Find My"a əlavə etdiyi bu xüsusiyyət iPhone-u servisə göndərməzdən əvvəl "Find My"ı söndürmək ehtiyacını aradan qaldırır. Apple-ın texniki işçiləri həmin şəxsin iPhone-un sahibi olub-olmadığını yoxlaya və daha sonra "
Stolen Device Protection" və "
Find My" xüsusiyyətlərini söndürmədən təmirə davam edə bilər.