Analitik Ross Young-ın yeni hesabatına görə, iPhone 16-nın istehsalına iyun ayında başlanacağı gözlənilir. Bu, Apple-ın flaqman smartfonları üçün adi istehsal tarixinə uyğun gəlir və smartfonun sentyabrın ortalarında təqdim edilməsi nəzərdə tutur.
Ross Young, həmçinin
iPhone 16 seriyası üçün potensial satış rəqəmləri haqqında fikirlərini də təqdim edib. O,
iPhone 16 və 16 Pro-nun ilkin satış liderləri olacağını,
Plus modellərinə isə (16 Plus və 16 Pro Max) tələbin başlanğıcda daha yavaş ola biləcəyini proqnozlaşdırır. Bununla belə, Young, bu proqnozun gələn yaya qədər dəyişə biləcəyini də ehtimal edir. Çünki istifadəçilər adətən daha böyük telefonlarla əlaqəli olan daha uzun batareya ömrünə üstünlük verirlər. Bu proqnozlar, iPhone 16 və 16 Plus üçün
iPhone X dövründəki
şaquli kamera dizaynının geri qaytarılması ətrafında mübahisələrə səbəb olan iPhone 16 seriyası modellərinin daha əvvəl sızdırılmış fotoşəkilləri ilə yanaşı gəlir.

Sızdırılan şəkillərdəki ən solda yerləşdirilmiş
iPhone 16 Pro Max, indiyə qədərki
ən böyük ekran panelinə sahib iPhone modeli kimi görünür. Şayiələrə görə
iPhone 16 Pro Max-ın 6,9 düymlük ekranı indiki
iPhone 15 Pro Max-ın 6,7 düymlük ekranını geridə qoyur.