techspace

10:48

Apple TV və Apple Music-də qısamüddətli çöküntü yaşanıb

    Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Apple Music və Apple TV bir müddət çalışmayıb. Apple-ın Sistem Statusu səhifəsinə görə, nasazlıq saat 14:53 ET-də qeydə alınıb və şirkətin hər iki axın xidmətini, həmçinin Apple TV-nin “Channels” funksiyasını təsirləndirib. Problem saat 16:31 ET-də aradan qaldırılıb.    DownDetector məlumatlarına əsasən, Apple TV və Apple Music ilə bağlı ilk şikayətlər saat 14:33 ET-də görünməyə başlayıb. Bu isə Apple-ın rəsmi təsdiqindən bir qədər əvvəl baş verib. Apple bildirir ki, nasazlıq yalnız bəzi istifadəçiləri əhatə edib. Engadget komandasının bir neçə üzvü isə həmin vaxt xidmətlərdən problemsiz istifadə edə bildiklərini deyiblər.