19:16
Apple və Epic Games mübahisəsində yeni mərhələ

Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, Apple ilə Epic Games arasında illərdir davam edən hüquqi mübarizə yeni mərhələyə keçib. ABŞ-nin United States Court of Appeals for the Ninth Circuit məhkəməsi Apple-ın App Store qaydalarında dəyişiklikləri gecikdirmək üçün aldığı qərarı ləğv edib. Bu qərar o deməkdir ki, Apple artıq məhkəmə prosesləri davam etsə belə, əvvəlki məhkəmə göstərişlərinə əməl etməlidir və yaxın zamanda App Store-da dəyişikliklər qaçılmaz görünür.
Məhkəmə çəkişməsi 2020-ci ildə Epic Games-in App Store qaydalarını bilərəkdən pozması ilə başlamışdı. Məqsəd Apple-ı məhkəməyə çəkmək və tətbiq mağazası siyasətini dəyişdirmək idi. Əsas mübahisə isə belədir:
- Apple tətbiq daxilində alternativ ödəniş sistemlərinə məhdudiyyət qoyurdu
- Epic isə daha açıq sistem və komissiyasız ödəniş istəyirdi
- Apple-a komissiya almağa icazə verildi
- Amma bu komissiyanın yüksək olmaması tələb olundu
- Tərəflərin razılığa gəlməsi istənildi
- Apple artıq prosesi dayandıra bilməyəcək
- Aşağı məhkəmələrdə komissiya və qaydalar yenidən müzakirə olunacaq
- App Store siyasətində real dəyişikliklər gözlənilir
- Tətbiqlərdə daha ucuz ödəniş variantları yarana bilər
- Developer-lər Apple-a daha az komissiya ödəyə bilər
- App Store ekosistemi daha açıq hala gələ bilər