techspace

15:17

AppleCare One daha 4 ölkədə istifadəyə verilir

  Apple bir il əvvəl ABŞ-də istifadəyə verdiyi AppleCare One xidmətini daha dörd ölkədə, Böyük Britaniya, Fransa, Almaniya və Avstraliyada istifadəyə təqdim edəcəyini açıqlayıb. Xidmət 4 avqust 2026-cı il tarixindən etibarən aktiv olacaq. AppleCare One bir neçə Apple cihazından istifadə edən şəxslər üçün nəzərdə tutulmuş vahid sığorta paketidir. İstifadəçilər bir abunə çərçivəsində 3 cihazı sığortalaya bilirlər. Paketə iPhone, iPad, Mac, Apple Watch, AirPods, Apple TV, HomePod və bəzi digər Apple məhsulları daxil edilə bilər.  AppleCare One aşağıdakı üstünlükləri təqdim edir:
  • 3-ə qədər Apple cihazının sığortalanması;
  • iPhone, iPad və Apple Watch üçün oğurluq və itki təminatı;
  • Təsadüfi zədələnmələr üzrə limitsiz təmir;
  • Batareyanın ödənişsiz dəyişdirilməsi;
  • Apple texniki dəstəyinə prioritet çıxış.
  Şirkət bildirir ki, istifadəçilər il ərzində maksimum 3 oğurluq və ya itki hadisəsi üzrə müraciət edə biləcəklər.