techspace

01:46

"Artıq" düymə Win nəyə lazımdır?

Win düyməsi təkcə Start açmaq üçün nəzərdə tutulan bir düymə deyil. Bu gün sizlərlə bu düymənin 22 maraqlı funksiyası haqqında danışacıq.1. Win - Start menyusunun aktiv etmək2. Win + B - sistem treyində (ekranın sağ aşağı küncü) ikonu aktiv edərək, sağa və sola düymələri ilə treydə hərəkət etmək3. Win + D - İş masasını göstərmək4. Win + E - Mənim kompüterim qovluğunu açmaq5. Win + F - Axtarışı aktiv etmək6. Win + L - Kompüteri kilidə salmaq7. Win + M - Bütün proqramları "Minimize" etmək8. Win + P - Əlavə monitor yaxud proyektoru aktiv etmək9. Win + R - "Run" komandasını aktiv etmək10. Win + T - Qısayol panelini aktiv etmək (Ekranın sol aşağı küncü, Start menyusunun yanı)11. Win + U - Xüsusi imkanlar panelini ekrana gətirmək12. Win + X - Windows 8-də gizli Start menyusunu aktiv etmək13. Win + Pause - Kompüterin göstəricilərini ekrana gətirmək14. Win + F1 - Windows kömək ekranı15. Win + 1,2,3 - Qısayol panelində müvafiq proqramı aktiv edir16. Win + Shift + 1,2,3 - Qısayol panelində siçanın orta düyməsinin sıxılmasını əvəz edir. 17. Win + Alt + 1,2,3 - Eyni proqramın müxtəlif pəncərələrini tez dəyişmək imkanı. 18. Win + Yuxarı ox - Pəncərəni bütün ekran ölçüsündə etmək19. Win + Aşağı ox - Minimize olmuş pəncərəni ekrana çıxartmaq20. Win + Sola yaxud sağa ox - Pəncərəni ekranın sağ ya sol tərəfinə sıxmaq21. Win + Shift + Sağa yaxud sola ox - Pənrəcəni sağdakı yaxud soldakı monitora keçirtmək22. Win + Space - İş masasına heç bir pəncərəni bağlamadan nəzərat etmək