Rusiya, addım-addım özünü qlobal internetdən ayırmağa doğru irəliləyir. Yeni hesabatlar onu göstərir ki, bu istiqamətdə testlər davam edir və əksər VPN-lər məhdudiyyətləri aşa bilmir.
Rusiya, uzun müddətdir planlaşdırdığı "
suveren internet" sisteminə bir addım daha yaxınlaşıb. Ölkənin rabitə orqanı
Roskomnadzor son günlərdə bəzi bölgələrdə xarici internet saytlarını və tətbiqləri bloklayaraq bu sistemi sınaqdan keçirib. Bənzər bir sistem
Çində “
Great Firewall” adı altında istifadə edilir, lakin Çin sakinləri
VPN-lər vasitəsilə bu məhdudiyyətləri keçə bilirlər. Rus istifadəçilər isə VPN istifadə etsələr də belə, məhdudiyyətləri aşa bilmirlər, bu isə daha çox
Şimali Koreyadakı vəziyyətə bənzəyir.
ABŞ mərkəzli
Study of War (ISW) adlı qeyri-hökumət təşkilatının məlumatına görə, testlər
Dağıstan,
Çeçenistan və
İnquşetiya bölgələrində keçirilib. Bu bölgələrdə yaşayan istifadəçilər
WhatsApp,
Telegram,
YouTube və
Google kimi populyar xidmətlərə daxil olmaqda ciddi çətinliklərlə üzləşiblər. Hətta Rusiyanın aparıcı internet təminatçılarından olan Yandex-in bəzi xidmətləri belə bu vəziyyətdən təsirlənib. Rusiyanın rəqəmsal hüquqlar təşkilatı
Roskomsvoboda bildirib ki, test zamanı VPN-lərin böyük əksəriyyəti işə yaramayıb, lakin bəzi VPN-lərin hələ də giriş imkanı verdiyi qeyd edilib. Bununla belə, həmin VPN-lərin sayı və adları açıqlanmayıb. Son zamanlar Rusiya VPN istifadəsinə qarşı təzyiqləri artırıb. Hazırda ölkədə azı
197 VPN xidməti qadağan olunub və bu xidmətlərin əksəriyyəti Rusiyadakı
Apple App Store-dan çıxarılıb. Bundan əlavə, mart ayında qəbul edilən qanuna əsasən, internet məhdudiyyətlərini keçmək üçün məlumat yayma aktları cinayət hesab edilir. Bu qanun, VPN istifadəsinə dair məlumatların paylaşılmasını da əhatə edir. Təbii ki, bütün bunlar insan hüquqlarının pozulması kimi qiymətləndirilir. Rusiyanın suveren internet planlarının əsası
Ukraynanın işğalından daha əvvəl,
Krımın ilhaq edildiyi dövrə gedib, çıxır.
2019-cu ildə ölkə, federal və kommersiya telekommunikasiya operatorlarının Rusiyanı internetdən effektiv şəkildə ayırıb-ayıra bilməyəcəyini və DNS yaddaşından istifadə edərək yerli xidmətlərə giriş imkanı təmin edib-edə bilməyəcəyini yoxlamaq üçün bir sıra testlər həyata keçirib.
2022-ci ildə Ukraynaya müdaxilədən sonra Qərb şirkətlərinin tətbiq etdiyi sanksiyalar və məhdudiyyətlər nəticəsində
Rusiyanın Rəqəmsal İnkişaf, Rabitə və Kütləvi İnformasiya Vasitələri Nazirliyi belə bir planlarının olmadığını bildirmişdi. Lakin Rusiyanın yaratdığı
RuNet-in internetin qalan hissəsindən tamamilə ayrılması getdikcə daha real görünür. Bildirilir ki, Rusiya son dövrlərdə internet trafikini məhdudlaşdırmağa yönəlmiş texniki imkanlarını inkişaf etdirmək üçün təxminən
648 milyon dollar sərmayə qoyub. Eyni zamanda, Rusiyalı istifadəçiləri Qərb sosial media platformalarından uzaqlaşdıraraq hökumətin daha asan nəzarət edə biləcəyi yerli platformalara yönəltməyi davam etdirir.
Dekabrın 7-də isə Roskomnadzor
Amazon Web Services (AWS),
GoDaddy və
HostGator kimi 8 xarici veb-hosting təminatçısını Rusiyanın senzura qanunlarına əməl etmədikləri üçün qadağan etməklə hədələyib.