16:11
Azərbaycanda İKT xidmətlərinin ümumi dəyəri 9 % artıb

2026-cı ilin yanvar-aprel aylarında Azərbaycanda informasiya və rabitə (İKT) müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 1 271,2 milyon manat təşkil edib. Technote.az xəbər verir, bu barədə məlumat Dövlət Statistika Komitəsinin açıqladığı 2026-cı ilin yanvar-aprel aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərində öz əksini tapıb. Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 9 % çoxdur.