20:51
Azercell “AI Chat Bot” artıq iOS istifadəçilərinin də xidmətində

Azercell-in süni zəka texnologiyası əsasında işləyən innovativ “AI Chat Bot” xidməti artıq iOS istifadəçiləri üçün də əlçatandır. Abunəçilərə ən üstün müştəri təcrübəsini təqdim etməyə yönəlmiş yeni həll müştəri sorğularını 24/7 rejimində operativ şəkildə cavablandırır. Yeni xidmətin üstünlükləri:
- Müştəri sorğularını ani emal edir;
- Onlayn müştəri xidmətlərində gözləmə vaxtını əhəmiyyətli dərəcədə azaldır;
- Müştərilərə daha sürətli və effektiv həll yolu təqdim edir.