21:35
Azercell süni zəka texnologiyasına əsaslanan “AI Chat Bot” xidmətini təqdim edir

Azərbaycanın lider mobil operatoru Azercell yerli telekommunikasiya bazarında daha bir yeniliyə imza atır. Şirkət “Azercell” mobil tətbiqi daxilində süni zəka texnologiyası əsasında işləyən innovativ “AI Chat Bot” həllini istifadəyə verir. Bu gündən etibarən “AI Chat Bot” tətbiqin “chat” bölməsində müştərilərə operativ və fasiləsiz xidmət göstərir. Belə ki, abunəçilərə ən üstün müştəri təcrübəsini təqdim etməyə yönəlmiş yeni həll sorğuları 24/7 rejimində cavablandırır. Hazırda “AI Chat Bot” yalnız Android platformasında mövcuddur, lakin tezliklə iOS istifadəçiləri üçün də əlçatan olacaq. Xidmətdən yararlanmaq üçün tətbiq yenilənməlidir. Yeni xidmətin üstünlükləri:
- Müştəri sorğularını ani emal edir;
- Onlayn müştəri xidmətlərində gözləmə vaxtını əhəmiyyətli dərəcədə azaldır;
- Müştərilərə daha sürətli və effektiv həll yolu təqdim edir.