techspace

21:37

Azercell Yeni il öncəsi yenilənmiş rouminq xidmətini təqdim edir

     Azercell abunəçilərin rouminqdə müştəri təcrübəsini inkişaf etdirmək məqsədi ilə Yeni il öncəsi yenilənmiş rouminq xidmətini təqdim edir.  - İndi rouminq internet paketləri daha əlçatandır. Azercell 60-dan çox şəbəkəni əlavə etməklə rouminq internet paketlərinin əhatə dairəsini daha genişləndirdi. Artıq abunəçilər 88-dən çox ölkədə 210 operatorun şəbəkəsində Azercell-in sərfəli rouminq internet paketlərindən  faydalana bilərlər. Bundan başqa, paketlərdən istifadə zamanı manual şəbəkə seçiminə ehtiyac qalmadı.  - Səyahət zamanı “Kabinetim” tətbiqindən, Azercell-in  rəsmi saytından və canlı çatdan istifadə (Live chat) nəticəsində yaranan trafikə görə xidmət haqqı tutulmayacaq.- Eyni zamanda tərəfdaşların çoxsaylı istəklərini nəzərə alaraq, korporativ müştərilər üçün xüsusi olaraq yeni 10 GB həcmində rouminq internet paketi istifadəyə verildi.     Azercell-in rouminq xidməti haqqında ətraflı məlumat əldə etmək üçün:      https://www.azercell.com/az/personal/plans-and-services/roaming.htm