techspace

23:26

Back to the Future Filmindəki Avtomobil Yeniləndi: DeLorean Alpha 5 nümayiş etdirildi

İllər əvvəl Back to the Future filmi ilə məşhurlaşan idman avtomobili DMC-12 modelinin yeni versiyası nümayiş etdirilib. DeLorean Alpha 5 adlanan yeni elektromobil çox innovativ dizayna malikdir.

70-ci illərdə bazara giriş edən, lakin istədiyini tapa bilməyən və iflasa uğrayan DeLorean Motor Company (DMC) illər sonra elektrik mühərrikli avtomobil ilə geri döndü. Alpha 5 elektromobili, şirkətin ticarət həyatında istehsal etdiyi yeganə model olan DMC-12 modelindən ilhamlanıb. DMC-12 bazarda özünə yer tapa bilməsə də Back to the Future adlı film sayəsində bütün dünyada məşhurlaşdı. İlk dəfə 1985-ci ildə ekranlara çıxan və zamanla trilogiyaya çevrilən film üçün xüsusi modifikasiya edilən DMC-12 o illərin xəyali avtomobillərindən biri idi. Alpha 5 modelinin də orijinalığı ilə diqqətləri özünə cəlb edəcəyi görünür.

DoLearn Aplha 5 Teqdim Edildi
DeLorean Alpha5-nın Yandan Görünüşü

DeLorean Alpha 5 haqqında

DeLorean Alpha 5-in xarici dizaynı çox futuristik bir quruluşa malikdir. İncə zolaqlı LED fənərləri olan avtomobil demək olar ki, hər detalı ilə insanı özünə heyran edir. DMC-12 modelinin dizaynından ilhamlanan qanadlı qapıları diqqət çəkir. Bu qapı dizaynı həm arxa, həm də ön oturacaq sərnişinləri üçün geniş yer təmin edir.

DoLearn Aplha 5 Numayis Etdirildi
DoLearn Aplha 5-in Arxadan Görünüşü

Avtomobilin arxasına baxdığımızda işıqlandırılmış DeLorean loqosunu görürük. Arxa hissəni tamamilə örtən LED lent şəkilli işıqlandırması avtomobilə fərqli atmosfer qatıb. Avtomobilin arxa şüşəsini tamamilə örtən spoyler orijinal DMC-12 modelindən götürülüb. DeLorean Alpha 5 həm də elektrik mühərriki ilə heyranedici performansa sahibdir. Verilən məlumata görə, 0-100 km/saat sürətlənməni 3.4 saniyəyə tamamlayan avtomobil, EPA standartlarına uyğun olaraq təxminən 480 kilometr məsafə qət edə bilən batareyaya malikdir. Batareya həcminin 100kVts-dan artıq olduğu bildirilir. Qeyd edək ki, avtomobilin maksimal sürəti 241 km/saatla məhdudlaşdırılıb

DoLearn Aplha 5-in Şəkilləri

1 4 - + DoLearn Aplha 5 Numayis Etdirildi DoLearn Aplha 5 Numayis Etdirildi DoLearn Aplha 5 Numayis Etdirildi DoLearn Aplha 5 Numayis Etdirildi

1.

2.

3.

4.

Ən son yüksək səviyyəli elektromobillərdə olduğu kimi, hər şey “üzən” mərkəzi konsolda yerləşən sensor ekranına idarə edildiyi üçün adi interyer dizaynı sadələşdirilib. DeLorean Alpha 5, DMC-12 ilə müqayisədə çox böyükdür. 4.995 millimetr (196.6 düym) uzunluğunda, 2.044 mm (80.4 düym) enində və 1.370 mm (53.9 düym) hündürlüyündə qağayı qanadlı qapılar bağlanır. İstehsalı İtaliyada baş tutacaq.

DeLorean dmc 12 modeli
DeLorean DMC-12
Maserati MC20 Cielo təqdim edilib
Oxşar xəbər