17:39

Bakı Metropoliteni və ADY startaplardan texnoloji həll axtarır – Industry Challenge Open Call

“Industry Challenge – Open Call”ın növbəti mərhələsi başlayır

“Industry Challenge” proqramının növbəti mərhələsi çərçivəsində real sənaye ehtiyaclarına uyğun innovativ texnoloji həllərin axtarışına başlanılır.

“Plug and Play” tərəfdaşlığı, “Bakı Metropoliteni” və “Azərbaycan Dəmir Yolları” (ADY) ilə keçirilən görüş və praktiki workshoplar nəticəsində qurumların real əməliyyat ehtiyacları müəyyənləşdirilib. Növbəti mərhələdə isə həmin ehtiyaclara uyğun innovativ texnoloji həllərin cəlb edilməsi nəzərdə tutulur. “Industry Challenge – Open Call” çərçivəsində iki əsas istiqamət üzrə müraciətlər qəbul edilir:

“Bakı Metropoliteni” – infrastrukturun idarə edilməsində analitika

Bu istiqamət üzrə enerji səmərəliliyinin artırılması, tunellərdə hava axınının modelləşdirilməsi və tunel divarlarında su sızmalarının aşkarlanmasına yönəlmiş texnoloji həllər axtarılır.

“Azərbaycan Dəmir Yolları” (ADY) – süni intellekt əsaslı maneələrin aşkarlanması

Bu istiqamətdə dəmir yolu xəttində təhlükələrin müxtəlif hava şəraitində real vaxt rejimində aşkarlanması və təsnifləndirilməsi üçün süni intellekt əsaslı həllər nəzərdən keçirilir. Müvafiq istiqamətlər üzrə innovativ texnoloji həlləri olan startaplar və şirkətlər öz həllərini real mühitdə sınaqdan keçirmək və Proof of Concept (PoC) mərhələsinə keçmək imkanı əldə edə bilərlər.

Kimlər müraciət edə bilər?

Yerli və xarici startaplar, texnologiya şirkətləri, innovativ texnoloji həllər təqdim edən şirkətlər. Əsas tarixlər: Müraciət müddəti: 28 sentyabr – 9 oktyabr 2026, müsahibə mərhələsi: 12 oktyabr həftəsindən etibarən Proqram çərçivəsində seçiləcək həllərin real sənaye mühitində tətbiqi və praktiki nəticələrinin qiymətləndirilməsi nəzərdə tutulur. Müraciət üçün keçid edin!