techspace

11:22

“Baku Coding Day”-in növbəti dalğası baş tutdu!

Bu səfərki istiqaməti ADNSU, AZMİU və UNEC olan “Baku Coding Day”-in əsas məqsədi proqramlaşdırma sahəsinə həvəsi olan tələbələri və bu sahənin mütəxəssislərini eyni mühitdə birləşdirməkdir.

Baku Coding Day

Bu səfərki “Baku Coding Day”-də:

— Karyera məsləhətçimiz Murad Aghazada öz təcrübə və məsləhətlərini iştirakçılar ilə bölüşüb onlara sahəni daha yaxından tanımağa şərait yaratdı;

— Kod saatı zamanı iştirakçılar proqramlaşdırma sahəsinin divlərinin nəzarəti altında öz kodlarını yazdılar. Mentorlarımızın dəstəyi ilə iştirakçıların kod yazan zaman yaranan çətinlikləri aradan qaldırıldı;

— Tədbirin iştirakçılarına akademiyamız tərəfindən sertifikatlar təqdim olundu;

— Lotereya zamanı 6 nəfər tələbə Div Academy tərəfindən hədiyyələr qazandı;

— Tələbələrə coffee-break və şəbəkələşmə üçün vaxt ayrıldı, bununla yanaşı öz suallarını müəllim, mentor və spiker heyətinə ünvanlama imkanı əldə etdilər.

Baku Coding Day

Tədbirin təşkilatçılarına, tərəfdaşlara, dəyərli müəllimərimiz, mentorlarımız və iştirakçılara dərin təşəkkürlərimizi bildiririk.