Michael MJD adlı bi YouTuber, Windows XP əməliyyat sistemini iPhone-a quraşdırmağı bacarıb. O, bununla kifayətlənməyərək əməliyyat sisteminə Half-Life 1 oyunun da yükləyə bilib.
Michael, ilk olaraq,
UTM SE emulyatorundan istifadə edərək əməliyyat sistemini
iPhone-a quraşdırıb . Lakin bu proses gözlənildiyi qədər asan deyil. Quraşdırma təxminən 2 saat çəkib və sistemin yüklənməsi 30 dəqiqə kimi uzun bir vaxt alıb.Daha yaxşı performansa nail olmaq üçün o,
AltStore vasitəsilə UTM quraşdıraraq sistemin sürətini bir qədər artıra bilib. Daha sonra o, klassik
Half-Life 1 oyununu iPhone-da işlətməyə çalışıb və bunu bacarıb. Lakin oyunun performansı və kadr sürəti heç də ürəkaçan olmayıb. Michael, eyni prosesi virtual
Windows 98 sistemini də etməyə çalışıb, lakin sistem tez-tez çökməyə başlayıb. Eyni şəkildə, o,
Windows 95-i işə salmağa çalışarkən oxşar problemlərlə qarşılaşıb. Keçən iyul ayında başqa bir tərtibatçı,
iPhone 15 Pro-da
Tiny11 Core və
UTM SE istifadə edərək
Windows 11-i işə salmağı bacarmışdı.

Lakin o da oxşar performans və istifadəçi təcrübəsi problemləri ilə qarşı-qarşıya qalıb. Bu cür layihələr texnologiyanın sərhədlərini aşanlar üçün maraqlı təcrübələr təqdim etməklə yanaşı, köhnə əməliyyat sistemlərinin müasir cihazlarda necə məhdud performans göstərə biləcəyini də ortaya qoyur.