17:23
Blackmagic Camera yeniləndi: Apple Watch ilə uzaqdan çəkiliş dövrü başlayır

Technote.az “Engadget” platformasına istinadən bildirir ki, mobil video çəkiliş sahəsində ən güclü tətbiqlərdən biri sayılan Blackmagic Camera üçün yeni iOS 3.3 yeniləməsi yayımlanıb. Blackmagic Design tərəfindən təqdim olunan bu yeniləmə xüsusilə solo kontent yaradıcıları üçün ciddi yeniliklər gətirir.
Ən diqqətçəkən dəyişiklik isə tətbiqin artıq Apple Watch ilə inteqrasiyasıdır. Yeni “companion” saat tətbiqi sayəsində istifadəçilər iPhone kameralarını uzaqdan idarə edə bilirlər. Yeni funksiya vasitəsilə istifadəçilər Wi-Fi üzərindən iPhone-u saat vasitəsilə idarə edə bilir. Bu da tripod üzərində çəkiliş edən kontent yaradıcıları üçün böyük rahatlıq yaradır. İndi istifadəçilər:
- Video çəkilişini başlada və dayandıra bilir
- Zoom və fokus parametrlərini dəyişə bilir
- ISO, ağ balans, frame rate və shutter angle kimi detalları tənzimləyə bilir
- Kiçik də olsa, canlı görüntünü saat ekranında izləyə bilir
- ATEM Mini vasitəsilə kameranı idarə edə bilir
- Canlı yayım zamanı rəng tənzimləmələri edə bilir
- Fokus və zoom-u uzaqdan kontrol edə bilir
- ProRes RAW stabilizasiya dəstəyi əlavə olunub
- Ümumi performans və stabillik yaxşılaşdırılıb