17:14
Bluesky-da qaranlıq rejimi necə aktiv etmək olar?

Technote.az “Mashable” platformasına istinadən bildirir ki, son dövrlərdə sürətlə populyarlıq qazanan Bluesky platforması funksiyalarını genişləndirməyə davam edir. Qaralama (draft) kimi əsas xüsusiyyətləri əlavə edərək X və Threads kimi mikroblog platformaları ilə rəqabəti gücləndirən Bluesky, artıq uzun müddətdir istifadəçilərə qaranlıq rejim seçimi də təqdim edir.
Qaranlıq rejim xüsusilə gecə saatlarında və zəif işıqlandırma şəraitində gözü daha az yoran interfeys kimi bilinir. Bluesky-da bu funksiyanı aktivləşdirmək isə olduqca sadədir.
Bluesky-da dark mode necə aktiv edilir?
1. Addım: Bluesky tətbiqini və ya veb versiyasını açın.2. Addım:- Əgər kompüter istifadə edirsinizsə, sol tərəfdəki menyudan “Settings” (Ayarlar) bölməsinə daxil olun.
- Mobil cihazda isə əvvəlcə sol yuxarı küncdə yerləşən “≡” menyu ikonuna toxunun, sonra “Settings” seçin.
- Dim – Daha yumşaq və boz tonlu qaranlıq rejim
- Dark – Daha dərin və tam qara fon