techspace

16:38

Bootcamp-da iştirak et – 16000 dollar mükafat uğrunda yarış

Oyun sənayesində ideyanı real məhsula çevirməyə hazırsan?

“GameTech Bootcamp 2026” ideyanı cəmi 3 gün ərzində MVP-yə çevirmək, beynəlxalq mentorların dəstəyindən yararlanmaq, komanda ilə işləmək və ekspert münsiflər qarşısında layihəni təqdim etmək imkanı yaradır.

Bootcamp çərçivəsində iştirakçılar $16 000 ümumi mükafat fondu uğrunda yarışacaqlar. Müraciət üçün tarixlər: 17–31 avqustdur. Bootcamp Nizami Kino Mərkəzində 9-11 sentyabr tarixlərində keçiriləcək.


1-ci gün (9 sentyabr) – Seminarlar.

Bootcamp-a sahə üzrə mütəxəssislərin rəhbərliyi ilə keçirilən praktiki seminarlarla başlayırsınız. Oyun hazırlanması üçün əsas bacarıqları öyrənib, komanda yoldaşlarınızla tanış olursunuz, qarşıya qoyulan tapşırığı araşdırıb, layihənizin yol xəritəsini hazırlayın.

2-ci gün (10 sentyabr) – İnkişaf.

İntensiv oyun hazırlanması mərhələsində ideyalarınızı reallığa çevirirsiniz. Gün ərzində komandanızla birlikdə çalışın və mentorların dəstəyi ilə layihənizin hazırlanmasını gecə ərzində də davam etdirin.

3-cü gün (11 sentyabr) – İnkişaf + Final.

Layihənizi tamamlayın, təqdimatınızı hazırlayın və final təqdimat sessiyası zamanı oyununuzu münsiflər heyətinə nümayiş etdirin. Ən yaxşı komandalar mükafatlar və maraqlı imkanlar uğrunda mübarizə aparacaqlar.

İştirak şərtləri

  • 18 yaşınız tamam olmalı və ya 18 yaşdan yuxarı olmalısınız.
  • Proqramlaşdırma bacarıqlarınız olmalıdır (hər komandada ən azı bir proqramçı olmalıdır).
  • Bootcamp-ın bütün günləri üçün öz noutbukunuzu gətirməlisiniz.
  • Tədbirin hər üç günündə iştirak edə bilməlisiniz.
  • İngilis dilini işlək səviyyədə bilməlisiniz, çünki yekun layihə təqdimatları ingilis dilində keçiriləcək.

Komanda tələbləri

  • Komandalar 1–5 iştirakçıdan ibarət ola bilər.
  • Fərdi müraciətlər də qəbul olunur, lakin seçim prosesində komanda şəklində edilən müraciətlərə üstünlük veriləcək.

Qeydiyyat üçün keçid edin!