techspace

17:12

BrainCo düşüncə ilə robot idarə edən platformasını təqdim edib

    Çinin BrainCo şirkəti Şanxayda keçirilən Dünya Süni İntellekt Konfransında (WAIC) insan düşüncəsi vasitəsilə robotların idarə olunmasına imkan verən yeni Brain-Controlled Robot AI Platform həllini təqdim edib.  Şirkətin iddiasına görə, bu, beyin-kompüter interfeysini (BCI), süni intellekti və robot idarəetməsini vahid platformada birləşdirən dünyada ilk inteqrasiya olunmuş sistemdir.BrainCo Debuts World's First Integrated Brain-to-Robot AI R&D Platform at  WAIC 2026 | Morningstar  Platforma istifadəçinin başına taxdığı EEG əsaslı qurğu vasitəsilə beyin siqnallarını oxuyur. Süni intellekt həmin siqnalları analiz edərək istifadəçinin niyyətini müəyyənləşdirir və bunu robotun yerinə yetirəcəyi əmrlərə çevirir. BrainCo bildirir ki, bütün bu proses 200 millisaniyədən az vaxt aparır. WAIC sərgisində nümayiş etdirilən sistemdə istifadəçi yalnız düşünərək robot qola stəkanı götürmək və almanı qaldırmaq tapşırıqları verib. Şirkətin sözlərinə görə, platforma humanoid robotlar, robot qollar və dördayaqlı robotlar da daxil olmaqla müxtəlif hazır robot sistemləri ilə işləyə bilir.