16:35
Bu tətbiq 24 saatlıq Amerikanın ən böyüyü oldu!

Technote.az “The Verge” platformasına istinadən bildirir ki, keçən yay Bria Sullivan “Focus Friend” adlı tətbiqini istifadəyə verməyə hazırlaşanda onun ən böyük arzusu 100 min yükləmə idi. Məqsəd sadə idi: istifadəçilərə ekran vaxtını azaltmağa kömək edən sevimli “rəqəmsal dost” yaratmaq. O, tətbiqi məşhur kontent yaradıcısı Hank Green ilə birlikdə hazırlamışdı və ümid edirdi ki, bəlkə məhsuldarlıq (productivity) kateqoriyasında top-10-a düşə bilərlər. Amma həmin kateqoriyada ChatGPT, Google, Gmail kimi nəhənglərin olduğunu nəzərə alsaq, bu hədəf belə çox iddialı görünürdü.
Avqust ayında sosial mediada güclü tanıtım və mediada çıxan xəbərlərdən sonra Focus Friend sürətlə yüksəlməyə başladı:
- Əvvəlcə öz kateqoriyasında top-10
- Sonra ümumi siyahıda top-10
- Və nəhayət, 19 avqustda ABŞ-də həm iOS App Store, həm də Google Play-də ən çox yüklənən pulsuz tətbiq
- Hər həftə 850 milyon insan App Store-dan istifadə edir
- 2008-dən bəri developer-lər 550 milyard dollardan çox gəlir əldə ediblər
- 2024-cü ildə mağazada 1.9 milyondan çox tətbiq var
- Facebook Messenger
- ChatGPT
- YouTube
- TikTok
- Zoom Workplace
- Bitmoji
- Threads