Tədqiqatçı Damian Stefaniuk, elektrik enerjisini saxlayan yeni betonla bütün evləri batareyaya çevirə biləcəklərini iddia edir. Əgər bu texnologiya inkişaf etdirilərsə, mühüm problemlərin həll yolu ola bilər.
BBC-nin verdiyi xəbərə görə, MIT tədqiqatçısı
Damian Stefaniuk və həmkarları, su, sement və avtomobil şinlərinin istehsalında istifadə olunan və yüksək keçirici material olan
carbon black qarışığını, bir superkondensatora çeviriblər. Superkondensatorlar, litium-ion batareyaları ilə müqayisədə uzunmüddətli enerji saxlama qabiliyyətinə malik olmasalar da, çox tez doldurula və boşaldıla bilər ki, bu da onları ənənəvi batareyalardan daha üstün edir.

Stefaniuk və komandası, yeni materiallarının, gün ərzində çox dəyişilə bilən yaşıl enerjinin saxlanması yollarını təmin etməklə elektrik şəbəkəsindəki təzyiqi aradan qaldıraraq inqilabi yenilik yaradacağını hesab edirlər. Stefaniuk, bu barədə BBC-ə açıqlamasında "
Əgər bu texnologiyanın imkanlarını genişləndirmək mümkün olarsa, o, vacib bir problemi - bərpa olunan enerjinin saxlanmasını həll etməyə kömək edə bilər" deyə bildirib. Oxşar potensial tətbiqlər hələ də eksperimental mərhələdədir. Məsələn, qeyri-adi karbon-sement superkondensatorundan istifadə etməklə tikilmiş yollar, avtomobilləri
simsiz olaraq tez bir zamanda doldura bilər, bu da onların ənənəvi şarj cihazlarından asılılığını azaldır.

Stefaniuk bildirib ki, sement yalnız bir tikinti strukturunu dəstəkləməklə yanaşı, həm də içərisində enerji saxlayan divarlar, təməllər və ya sütunlar üçün tikinti materialı kimi də istifadə edilə bilər. Mövcud konseptual superkondensatorlar, yalnız
10 vattlıq LED-i 30 saat işlətmək üçün kifayət qədər enerji saxlaya bilir. Hələlik komandanın önündə keçməli olduqlarə bir çox maneələr var, çünki superkondensatorlar daha tez boşalmağa meyllidirlər və litium-ion həmkarlarından daha az enerji sıxlığına malikdirlər. Bununla belə, Stefaniuk iddia edir ki, miqyası böyüdüldükdə, bu növ material “
yaşayış yerinin gündəlik enerji ehtiyacını ödəyə bilər”. Komanda hazırda bunu edə biləcək
1.590 kub futluq bir versiya qurmağı planlaşdırır.