14:46
BYD Shark adlı hibrid pikap təqdim edilib - QİYMƏTİ

Çinin avtomobil istehsalçısı olan BYD Cənubi Amerikada Shark adlı hibrid pikapını təqdim edib. BYD-nın bu hibrid pikapı xarici görünüşcə Ford F-150 Lightning avtomobilini xatırladır. BYD Shark-ın uzunluğu 5457 mm, eni 1971 mm, hündürlüyü isə 1925 mm təşkil edir. Onun təkər bazasının uzunluğu 3260 mm-dir. Avtomobilin yük daşıma hissəsinin həcmi 1450 litr təşkil edir və o, 835 kq-a kimi yükü qaldıra bilir. Avtomobilin 1.5 litr həcmli mühərriki əsasında olan hibrid qurğusu 430 at gücündədir.
O, saatda 100 km sürəti 5.7 saniyəyə yığır. Məlumatda qeyd edilib ki, BYD Shark 100 km yola 7.5 litr benzin sərf edir. Onun ramasına inteqrasiya edilmiş batareyanın həcmi barəsində məlumat verilməsə də, qeyd edilib ki, elektrik enerjisi sayəsində avtomobil 100 km yol qətt edə bilər. Üstəlik batareya öz enerjisini 30%-dən 80%-ə kimi 20 dəqiqə ərzində yığır. Bununla yanaşı avtomobilin batareyası sayəsində kənar istehlakçı təchizatlarını da şarj etmək olar.



