01:46
Canon istehsalı olan bu yeni kamera ilə, qaranliqda görmədiyiniz yerlərin şəkilin çəkəcəksiniz.

Canonun 30.000$ dəyərindəki yeni kamerası ən yüksək İSO dərəcəsinə sahibdir. Dəyəri bir az yüksək olmasına baxmayaraq öz keyfiyyətilə necə desək verilən pulun haqqını verir. ME20F-SH markalı bu kamera bəzi xüsusi özəlliklərə sahibdir. İSO dəyəri tam olaraq 4.000.000-dur. Bu isə qaranlıqda sizə mükəmməl şəkil çəkməyə imkan verir, hətta adi gözlə belə görmədiyiniz obyektləri gecə rahatlıqla şəkilini çəkə bilərsiniz. Ölçüləri daşımaq üçün rahat və uyğundur.Məhsulun dekabr ayında satışa çıxacağı gözlənilir.