10:32
ChatGPT üçün App Directory rəsmi olaraq istifadəyə verildi

Technote.az “The Verge” platformasına istinadən bildirir ki, OpenAI ChatGPT üçün yeni App Directory adlı tətbiq kataloqu təqdim edib. Bu yenilik istifadəçilərə ChatGPT daxilində mövcud olan bütün alət və tətbiqlərə bir yerdən baxmaq imkanı yaradır. Eyni zamanda, OpenAI botun interfeysi daxilində işləyən yeni interaktiv tətbiqlərin hazırlanmasına şərait yaradıb.
Yeniliklər bununla məhdudlaşmır. Daha əvvəl “connectors” adlanan və Google Drive və ya Dropbox kimi xidmətlərdən ChatGPT-yə məlumat ötürməyə imkan verən alətlər artıq rəsmi olaraq “apps” adlandırılır. Dəstək səhifəsində qeyd olunur ki,:
- “chat connectors” → file search olan tətbiqlər
- “deep research connectors” → dərin araşdırma tətbiqləri
- “synced connectors” → sinxron tətbiqlər adlandırılır.