Çin mediasının yaydığı son xəbərlərə görə, saatda 450 kilometr sürətlə hərəkət edən qatar 2025-ci ildə kommersiya səfərlərinə başlayacaq.
Yeni məlumatlara əsasən,
Çin dünyanın ən sürətli kommersiya qatarı ola biləcək
CR450 yüksək sürətli qatarını uğurla sınaqdan keçirib. Saatda
450 kilometr sürətə çata bilən bu qatarın
2025-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Müntəzəm səfərlər zamanı qatar saatda
400 kilometr sürətlə, yəni daha yavaş hərəkət edəcək. Müqayisə üçün,
Rusiyada istismar olunan ən sürətli qatar Almaniyanın
Siemens şirkəti tərəfindən
Rusiya Dəmir Yolları üçün hazırlanmış
Sapsan modelidir. Bu qatar saatda
350 kilometr sürətə çata bilir, lakin kommersiya səfərlərində sürəti saatda 250 kilometr ilə məhdudlaşdırılıb.

Çinli CR450 qatarı
Tianjin və
Pekin arasındakı marşrutda sınaqdan keçirilib. Mətbuatda yayılan məlumatlara görə, qatar güllə formasında aerodinamik gövdəyə və sürücü kabinində dekorativ LED işıqlandırmaya malikdir. Mövcud CR400 modeli ilə müqayisədə yeni qatar
12% daha yüngüldür və təkmilləşdirilmiş əyləc sistemi sayəsində
20% daha az enerji sərf edir.

CR450-nin inkişafı Çində yüksək sürətli dəmir yolu xidmətinin təkmilləşdirilməsinə yönəlmiş proqramın bir hissəsidir. Çinin rəsmilərin məlumatına görə,
2024-cü ilin aprelindən etibarən ölkədə yüksək sürətli dəmir yollarının ümumi uzunluğu
45 min kilometrdən çox olacaq ki, bu da dünyada digər bütün ölkələrdən daha çoxdur.
Fuxing seriyasının mövcud yüksək sürətli qatarları isə ölkənin 31 bölgəsini bir-birinə birləşdirir.