Çinli astronavtlar, Tiangong Kosmik Stansiyasında 9 saat davam edən kosmos gəzintisi ilə NASA-nın 2001-ci ildəki rekordunu yenilməyi bacarıblar.
Cai Xuzhe və
Song Lingdong tərəfindən
Tiangong kosmik stansiyasının xarici hissəsində həyata keçirilən bu
9 saatlıq kosmos gəzintisi tarixdə ən uzun kosmos gəzintisi kimi qeydə alındı. Astronavtlar
17 dekabr 2024-cü il tarixində ümumilikdə
9 saat 6 dəqiqə davam edən kosmos gəzintisi həyata keçiriblər.
NASA astronavtları
James Voss və
Susan Helms-in
2001-ci ildəki 8 saat 56 dəqiqəlik rekordunu keçən bu gəzinti zamanı astronavtlar
Wentian Laboratoriya Modulundan təhlükəsizlik kabelləri vasitəsilə kosmosa addımlarını atıblar. Bu müddətdə
Wang Haozhe adlı astronavt kosmik stansiyada qalaraq texniki dəstək göstərib. Tiangong-un robotik qolları və yerdən idarəetmə qrupları əməliyyat boyu koordinasiyalı şəkildə işləyiblər.
Shenzhou-19 missiyasının bir hissəsi olaraq astronavtlar kosmik stansiyanın xarici hissəsində kosmik tullantıların qarşısını almaq üçün qoruyucu qurğular quraşdırıblar və mövcud avadanlıqları yoxlayaraq zərərli olanları məhv ediblər. Bu missiya, Çinin kosmik stansiyasının xarici strukturunu gücləndirmək və daha səmərəli etmək baxımından böyük əhəmiyyət daşıyırdı. Kosmos gəzintisini tamamlayan astronavtlar təhlükəsiz şəkildə Wentian təcrübə moduluna geri dönüblər.
Çin Milli Kosmik İdarəsi Ayın qaranlıq tərəfindən də nümunələr toplamağı bacarıb. Ölkə
2030-cu ilə qədər Aya insanlı missiya göndərməyi planlaşdırır və bu məqsədlə xüsusi olaraq dizayn edilmiş kosmik geyimlər hazırlanıb.
2023-cü ilin oktyabr ayında Tiangong Kosmik Stansiyasına çatan Shenzhou-19 heyəti
2025-ci ilin aprel və ya may ayına qədər xidmətini davam etdirəcək. Bu müddət ərzində heyət yeni kosmos gəzintiləri həyata keçirəcək və elmi tədqiqatlar aparacaq. Missiya başa çatdıqdan sonra isə heyət Monqolustana eniş edəcək.