15:27
CMF Phone 1-in əsas fərqləndirici özəlliyi sərgilənib

Artıq məlumdur ki, Nothing şirkətinin CMF adlı subbrendi öz ilk smartfonu olacaq CMF Phone 1-i 8 iyul tarixində təqdim edəcək. Təqdimata az müddət qalmış subbrend sözügedən smartfonun əsas özəlliyi barəsində məlumatı bölüşüb. CMF-nın X-dəki (keçmiş Twitter) hesabında paylaşmış olduğu videoya əsasən CMF Phone 1 smartfonu fərdi şəkildə çıxarıla bilən arxa panelə sahib olacaq. Bunun üçün smartfonun komplektində həmçinin burğac da olacaq.View post on X Heç istisna deyil ki, smartfonun arxa panelini fərdiləşdirmək (customization) də mümkün olacaq. Qeyd etmək lazımdır ki, son məlumat sızıntılarına əsasən CMF Phone 1 smartfonu 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.7 düym ölçülü OLED ekranı əldə edəcək və MediaTek Dimensity 7200 prosessoru vasitəsilə çalışacaq. Üstəlik smartfonun 50 MP + 50 MP ikili arxa kameranı və 33 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareyanı əldə edəcəyi gözlənilir.