Çox yaxında təqdim olunacaq Xiaomi-nin flaqman telefonlarından biri olan 15 Pro real olaraq görüntülənib.
Seriyanın yüksək səviyyəli modeli olacaq
Xiaomi 15 Pro, real görüntülərdə ortaya çıxıb. Cihaz Xiaomi Qrupunun rəhbəri
Wang Xiaoyan-ın əlində görülüb. Yeni flaqman telefonun bilərək göstərildiyi etimal edilir. Görüntülərdən cihaz haqqında çox da ətraflı məlumat əldə etmək mümkün olmasa da, xüsusilə telefonun arxa tərəfdən necə görünəcəyi ilə bağlı fikir əldə etmək olur. Cihaz ilk baxışda
Xiaomi 14 Pro-ya bənzəyir. Ancaq çox mühüm bir fərq var: LED flaş kamera blokunun kənarına çəkilib. Yeni cihazda flaş kənarda, yəni sağ tərəfdə yerləşəcək. Əvvəllər isə flaş blokun içində idi.

Bundan başqa, ümumilikdə dizaynın Xiaomi 14 Pro ilə oxşar olduğunu görmək mümkündür. Daha əvvəl yaradılan konsept görüntülər də flaşın kənarda olduğu Xiaomi 14 Pro-ya bənzəyən bir dizaynı əks etdirirdi. Xiaoyan-ın əlində tutduğu cihaz da bu dizaynı dəstəkləyir.

Xiaomi 15 Pro dizayn baxımından ciddi dəyişikliklərə məruz qalmasa da, texniki cəhətdən böyük təkmilləşdirmələr alacaq. Cihazda
50 MP-lik 3x optik zoom dəstəyi olan yeni
periskop telefoto kamera olacaq. Flaş, bu yeni sensor üçün kənara çəkilmiş ola bilər. Bundan əlavə,
50 MP-lik əsas kamera və
50 MP-lik ultra-geniş kamera da mövcud olacaq. Öndə isə
32 MP-lik selfie kamerası yer alacaq. Telefon
6.73 düymlük 2K təsvir ölçülü, 120 Hz tezliyə və 1400 nit parlaqlığa malik ekranla təchiz olunacaq. Cihaz
Snapdragon 8 Gen 4 istifadə edən ilk modellərdən olacaq,
16 GB-a qədər RAM və
1 TB-a qədər yaddaşla gələcək.
120W naqilli və
80W naqilsiz şarj dəstəyi olan
5400 mAh batareya da telefona daxil ediləcək.