techspace

19:18

Discord-da 8 min istifadəçi əsassız yerə bloklandı

  Discord süni intellekt əsaslı moderasiya sistemində yaranan problem səbəbindən son iki ay ərzində təxminən 8 min istifadəçi hesabının səhvən bloklandığını təsdiqləyib. Şirkətin açıqlamasına görə, AI moderasiya sistemi bəzi tamamilə zərərsiz şəkilləri, o cümlədən video oyunlardakı teksturaları və digər adi vizual faylları yanlışlıqla "zərərli məzmun" kimi qiymətləndirib. Nəticədə minlərlə istifadəçi heç bir qayda pozuntusu etmədiyi halda hesabına giriş imkanını itirib.Discord Review | PCMag  Discord bildirib ki, normalda süni intellekt tərəfindən işarələnən məzmunlar Trust & Safety komandası tərəfindən əlavə olaraq insan moderatorlar tərəfindən yoxlanılır. Lakin buna baxmayaraq, may ayından etibarən təxminən 8 min hesabın səhv qərarla bloklandığı məlum olub. Şirkət hazırda bu səhvin aradan qaldırılması üzərində çalışdığını və yanlışlıqla bloklanan hesabların mərhələli şəkildə bərpa edildiyini açıqlayıb.