01:46
Dünya üzrə iki təkər rekordu Nissan Juke-la yeniləndi.

Terry Grant adlı Britanyalı dublyor 2011-ci ildən sonra Nissan Juke-la qırdığı iki təkərdə 1.6 km məsafə qət etmə rekordunu yeniləyib. Bu dəfə Nissan Juke NISMO RS-dən istifadə edən Grant müəyyən edilmiş məsafəni 2 dəqiqə 10 saniyəyə tamamlayıb. 2011-ci ildəki ilk cəhdində 2 dəqiqə 45 saniyə göstəricisi ilə bu uğura imza atan dublyor Juke NISMO RS-in baza versiyasından daha sürətli və çevik olduğunu da qeyd edib. Video çarxı aşağıdan izləyə bilərsiniz.