Dünyanın ən böyük pirat məzmun platforması sayılan Fmovies, bağlanıb. Yaradıcılıq və Əyləncə Alyansı – ACE və Vyetnam polisi, əməliyyat keçirib.
Disney və
MGM kimi nəhəng məzmun platformalarının daxil olduğu
Yaradıcılıq və Əyləncə Alyansı - ACE, dünyanın ən böyük pirat məzmun saytının ləğv edildiyini açıqlayıb. Vyetnam polisi ilə birgə həyata keçirilən əməliyyatda
2 nəfər də saxlanılıb.
Fmovies platforması, 2016-cı ildə Vyetnamda istifadəyə verilmiş pirat məzmunlu saytdır. Platforma, son zamanlarda o qədər populyarlaşmışdı ki,
8 il ərzində aylıq 374 milyon ziyarətə və son 6 ayda 6.7 milyard ziyarətçi sayına çatmışdı. Bu,
dünyada ən çox ziyarət edilən 280-ci sayt və
TV kateqoriyasında ən çox ziyarət edilən 11-ci saytdır. Əlavə olaraq, platformanın
bflixz,
flixtorz,
movies7,
myflixer və
aniwave adında yan saytları və
vidsrc.to adlı video hostinq xidmətləri də var idi. Bundan əlavə, istifadəçilər, saytın özünə aid
Reddit mövzusunda filmlər və seriallar da tələb edə bilirdilər.