Hindistan seçkilərində 2009-cu ildə dünyasını dəyişən bir simadan tutmuş, Bollivud ulduzu Aamir Khan-ın videolarına qədər “deepfake” qalmaqalının olduğu bildirilir.
Hindistanda təxminən
970 milyon seçici Hindistan parlamentinin aşağı palatası olan
Lok Sabha-nın
543 üzvünü seçir. Hazırkı baş nazir
Narendra Modi, üçüncü dəfədir iştirak etdiyi seçkilərə rəhbərlik etməyə davam edir. Seçkilərdə minlərlə kiçik partiya iştirak etsə də, əsas yarış hakim
Bharatiya Janata partiyası (BJP) ilə müxalifətdəki
Hindistan Milli Konqresi (INC) arasında olacaq. INC,
28 partiyadan ibarət ittifaqa rəhbərlik edir. Seçkilərdəki "Deepfake" qalmaqalları isə bitmək bilmir. Belə ki, hakim partiya və müxalifət "deepfake" texnologiyasından geniş şəkildə istifadə edirlər.

Müxalifət Bollivud aktyorlarının saxta videoları ilə qazanc əldə etməyə çalışarkən, Baş nazir Modi texnologiyadan
kampaniya mesajlarını başqa dillərə tərcümə etmək üçün istifadə edir. Kampaniyalar davam edərkən, Bollivud ulduzları
Ranveer Singh və Aamir Khan onların razılığı olmadan hazırlanan "deepfake" videolarına görə
polisə şikayət ediblər. Hindistan seçkilərə gedərkən, "deepfake" texnologiyası kampaniya videolarından müxtəlif hind dillərində fərdiləşdirilmiş səsli mesajlara və hətta namizədin səsi ilə seçicilərə edilən avtomatlaşdırılmış zənglərə qədər irəlilədi. Hindistanın aparıcı "deepfake" eksperti
Divyendra Jadoun, bu texnologiyanın Hindistan seçkilərinə nə qədər təsir edəcəyini bilmədiyini söyləyib.

"Deepfake"lərlə bağlı kifayət qədər tənzimləmənin olmadığı ölkədə ekspertlər seçki komissiyasının süni intellektə qarşı susmasını tənqid ediblər. Bəzi "deepfake" videoları mənbə göstərilməklə, seçiciləri çaşdırma və dezinformasiya yayma riskini artıraraq Hindistan mediasında nümayiş etdirilir. Həm iqtidar, həm də müxalifət partiyaları bu texnologiyadan istifadə edərək dezinformasiyanın sürətlə yayılmasına səbəb olur. Hindistanda keçirilən seçkilərdə "deepfake" texnologiyasından istifadə edilməsi dünyaya bir mesaj verir. Bu, demokratiyanın fəaliyyətinə təhlükə yarada biləcək texnoloji manipulyasiyaların potensialını nümayiş etdirir. Yanlış məzmunun yayılması sosial inamı sarsıdır və informasiya təhlükəsizliyini təhlükə altına alır. Bu, daha sərt hüquqi tənzimləmələrə və qlobal miqyasda süni intellekt texnologiyalarından etik istifadəyə ehtiyac olduğunu vurğulayır.