Avstraliyanın Morse Micro texnologiya şirkəti, Wi-Fi texnologiyasında böyük bir uğur əldə edib. Şirkət, HaLow (802.11ah) standartı ilə simsiz əlaqə məsafəsində yeni dünya rekordu qırıb.
Şirkət tərəfindən
Joshua Tree Milli Parkında keçirilən sınaqlarda
15.9 kilometr (9.9 mil) kimi nanılmaz bir məsafədən bağlantı təmin edilə bilib. Bu rekord,
Morse Micro-nun yanvar ayında
San-Fransiskoda əldə etdiyi
2.9 kilometrlik əvvəlki rekorddan təxminən
5 dəfə çoxdur. Şirkət tərəfindən həyata keçirilən yeni sınaqda Joshua Tree-nin kənd mühitində
15.9 kilometr məsafədən saniyədə
2 Meqabit sürət əldə oluna bilinib. Bu nəticə,
HaLow texnologiyasının nəzəri maksimum diapazonuna uyğun gəlir. San Fransisko testində isə
500 metrdə 11 Meqabit/saniyə,
2.9 kilometrdə isə 1 Meqabit/saniyə sürət əldə edilib.

HaLow texnologiyası, xüsusilə kənd yerlərində və əkinçilik kimi açıq tətbiqlərdə böyük potensial vəd edir. O, bahalı və əhatə dairəsi məhdud mobil məlumat əvəzinə geniş ərazilərdə əlverişli internetə çıxış təmin edə bilər. İT və texnologiya ekspertləri bildirirlər ki, HaLow şəhər mərkəzlərində əlaqəyə mənfi təsir göstərə bilən mobil siqnallar və mövcud Wi-Fi nöqtələri səbəbindən daha məhdud faydalar təmin edə bilər. Bununla belə, standart bir marşrutlaşdırıcının diapazonu ilə müqayisədə, hətta təxminən
3.5 km Wi-Fi diapazonu olduqca təsir edici görünür.