Vincent van Gogh-un “Ulduzlu gecə” tablosundakı fırça vuruşlarının real həyatdakı fiziki hərəkətlərə yaxın olduğu və dünyadakı atmosfer hərəkətləri ilə üst-üstə düşdüyü müəyyən edilmişdir.
Tablodakı
14 spiral quruluşu araşdıran tədqiqatçılar, "
Ulduzlu Gecə" tablosundakı fırça zərbələrinin
Kolmogorov-un turbulentlik nəzəriyyəsi ilə uyğun olduğunu və fırça zərbələrinin mövqeləri və parlaqlıq nisbətlərinin tabloda turbulentlik hərəkətlərini əks etdirdiyini ortaya çıxarıblar.

Tədqiqatçılar, rəsmdəki fırça vuruşlarının forma, enerji və ölçü baxımından adi gözlə müşahidə edilə bilməyən atmosfer xüsusiyyətlərini təqlid etdiyini bildiriblər. Rəsmin
Batchelor şkalası ilə də uyğunlaşdığını bildirən tədqiqatçılar, rəsmdəki parlaqlıq nisbətlərinin bu miqyasla düz mütənasib olduğunu qeyd ediblər. Tədqiqatın müəlliflərindən biri olan
Sidi Huang,
Vincent van Gogh-un tablosunda turbulentliyi “tam olaraq düzgün” təsvir etməsinin rəssamın buludları və atmosferi öyrənməsi ilə bağlı ola biləcəyini qiymətləndirib. Araşdırma "
AIP Publishing" tərəfindən "
Physics of Fluids" jurnalında dərc olunub.